2 Noyabr 12:55 Azərbaycan çempionatı amerikalıların siyahısında - FOTO
TOP OYUNLARI xəbərləri 2 Noyabr 12:55
1008 baxış

Azərbaycan çempionatı amerikalıların siyahısında - FOTO

ABŞ Voleybol Federasiyası ölkə xaricində legioner həyatı yaşayan idmançılarının tam siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 288 voleybolçuya hansı ölkələrdən daha çox marağın olması üzə çıxıb.

 

Bu siyahıda Azərbaycan da yer alıb. Bakı klublarının 7 amerikalıya ehtiyac duyması ölkəmizi liderlər qrupuna daxil edib. Belə ki, 198 qadın oyunçu 28 çempionatda mübarizə aparacaq. Siyahıda Almaniya 38 voleybolçu ilə birincidisə, Super Liqa ilk “onluqda”dı.

 

ABŞ-ın 90 kişi oyunçusu isə 25 ölkəyə səpələnib.

 

Qeyd edək ki, amerikalılardan Hali Ekerman, Madison Kinqdon, Cessika Cons “Azərreyl”də, Kanani Danielson “Lokomotiv”də, Stefani Niemer, Janell Saykes və Loren Vayt “Azəryol”da oynayır. 

Xəbər lenti