28 Oktyabr 11:31 Azərbaycan çempionu Azərbaycandan xalla dönmək istəyir - FOTO
TOP OYUNLARI xəbərləri 28 Oktyabr 11:31
615 baxış

Azərbaycan çempionu Azərbaycandan xalla dönmək istəyir - FOTO

“Telekom”la oyuna hazırlıq üçün vaxtımız az olub. Matçlarımızın sayı çox olduğundan konkret 1 matça köklənməyə də imkan tapmamışıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “İmpel” klubunun voleybolçusu Katarjina Skovronska deyib.

 

2013-2015-ci illərdə “Rabitə”nin şərəfini qoruyan, bu komanda ilə 2 dəfə Azərbaycan çempionu və Super Liqanın bombardiri olan ulduz hücumçu ölkəmizə səfərlə bağlı fikirlərini açıqlayıb. O, sabah Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində “Telekom”la oyunda qələbə qazanmaq arzusunda olduqlarını deyib.

 

Skovronska bildirib ki, ötən illə müqayisədə Bakı klubunun heyəti dəyişdiyindən hansı gücdə olmasından xəbərsizdi: “Biz hər imkandan istifadə edəcəyik ki, Azərbaycandan xalla dönək. Azarkeşlərimiz yaxşı nəticə qazanacağımıza ümid edir. Mən də bu matçı səbirsizliklə gözləyirəm. Artıq rəqib komandanın heyəti ilə tanış olmuşam. Orda böyük dəyişikliklər var. Komanda yenidən qurulub. Bu üzdən də onların gücü haqda tam məlumata malik deyiləm”.

 

Qeyd edək ki, “Telekom” – “İmpel” qarşılaşması sabah saat 17:00-da başlayacaq.