12 Noyabr 13:14 “Azərbaycan millisinin formasını geyindikdə xoş duyğular keçirirəm”
TOP OYUNLARI xəbərləri 12 Noyabr 13:14
4029 baxış

“Azərbaycan millisinin formasını geyindikdə xoş duyğular keçirirəm”

“Azərbaycan millisində oynamaq mənim üçün çox həyəcanlı oldu. Bu komandanın formasında meydana çıxmaq karyeramda yeni bir təcrübə idi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının basketbolçusu Tiffani Hayes deyib.

 

I Avropa Oyunları ərəfəsində milliləşərək, komandamıza cəlb olunan 26 yaşlı amerikalı karyerası ilə bağlı maraqlı məqamlara toxunub.

 

Hazırda Kiprin Yakın Doğu Universitetinin komandasında çıxış edən Hayes bildirib ki, bundan sonra da Azərbaycanın şərəfini qorumaqdan məmnun olacaq.

 

3X3 komandamızda çıxış edən Tiffani vətəndaşlığımızı seçməsi və ölkəmizlə bağlı təəssüratlarını da açıqlayıb: “Azərbaycana getməyi çox sevirəm. Fikrimcə, çox gözəl bir ölkədi. Qısaca onu deyə bilərəm ki, Azərbaycan millisinin formasını geyindikdə yalnız xoş duyğular keçirirəm”.

 

 

 

 

Xəbər lenti