31 Oktyabr 16:20 Azərbaycan yığması Fransa ilə eyni qrupda
TOP OYUNLARI xəbərləri 31 Oktyabr 16:20
909 baxış

Azərbaycan yığması Fransa ilə eyni qrupda

19 yaşadək qız voleybolçulardan ibarət Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutan tədbirdə ilk iki seçmə mərhələsinin qrupları bəlli olub.

 

Yarışda qüvvəsini sınayacaq Azərbaycan millisi mübarizəyə 2-ci seçmə mərhələdən başlayacaq. Püşkatmada sonuncu səbətdə qərarlaşan yığmamız F qrupunda düşüb. Komandamız burada Sloveniya, Fransa və Latviya ilə yarışacaq. Bu mərhələnin oyunları 2016-cı il martın 31-dən aprelin 3-dək keçiriləcək.

 

Bu mərhələdə 1-ci olan komandalar birbaşa final mərhələsinə yüksələcək. Qrup ikinciləri və ən yaxşı nəticəyə malik 3-cü yer sahibi isə 3-cü seçmə mərhələdə qüvvəsini sınayacaq.

Xəbər lenti