29 Avqust 15:48 Azərbaycan yığması xorvatlara qarşı
TOP OYUNLARI xəbərləri 29 Avqust 15:48
1116 baxış

Azərbaycan yığması xorvatlara qarşı

Sloveniyada hazırlıq keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri yenidən Xorvatiya millisi ilə üz-üzə gələcək.

 

Avqustun 26-da rəqibindən üstün olan komandamız Ancelo Vercesinin çalışdırdığı yığma ilə ikinci matçını da Mariborda keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Millimiz bu görüşlə Sloveniyada təlim-məşq toplanışını başa vurub, sabah Vətənə dönəcək. 

Xəbər lenti