29 Avqust 11:02 Azərbaycanı Rumıniyaya dəyişdi - FOTO
TOP OYUNLARI xəbərləri 29 Avqust 11:02
2407 baxış

Azərbaycanı Rumıniyaya dəyişdi - FOTO

Bakının “Lokomotiv” klubu daha bir voleybolçusunu itirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın Super Liqanı ikinci olmasında pay sahibi olan Evangeliya Çantava yeni mövsümdə komandanın heyətində yer almayacaq.

 

“Lokomotiv”lə müqaviləsi başa çatan 25 yaşlı yunanıstanlı hücumçu Bakı klubunda qalmaqda maraqlı olmayıb. O, daha yaxşı maliyyə şərtləri təklif edən Rumıniyaya üz tutub. Çantava artıq “Tarqovitse” razılığa gələrək, 1 illik anlaşmaya da imza atıb.  

 

 

Bununla da bakılılar ötən ilki heyətdən yeddisinin köməyindən məhrum olub. Komandanın Çantavadan öncə Quinta Stenbergen, Enn Buijs (hər ikisi Hollandiya), Valeriya Russo, Valentina Arriqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ) və Tuğce Atıcı (Türkiyə) da düşərgədən ayrılıb.  

Xəbər lenti