27 Oktyabr 10:14 “Azərbaycanın hər iki komandası eyni gücdədi” - “Dinamo”nun direktoru
TOP OYUNLARI xəbərləri 27 Oktyabr 10:14
3965 baxış

“Azərbaycanın hər iki komandası eyni gücdədi” - “Dinamo”nun direktoru

“İlk dəfə deyil ki, Çempionlar Liqasında oynayırıq. Bu turnirin xarakteri bizə bələddi”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Kazan “Dinamo”sunun voleybol komandasının direktoru Sergey Çernışov deyib.

 

Klub rəsmisi Çempionlar Liqasının 2015/2016 mövsümünün startı öncəsi hədəflərini açıqlayıb. Sabah Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Lokomotiv”lə görüşlə ilə start verəcək Kazan təmsilçisinin direktoru qrupda yer alan “Azərreyl” (Azərbaycan) və “Ştutqart”la (Almaniya) şanslarını dəyərləndirib.

 

Qrupdakı rəqiblərlə bağlı danışan Çernışev Bakı klublarından fərqli, “Ştutqart” haqda nisbətən az məlumata sahib olduqlarını bildirib: “Rəqiblərimizi yaxşı tanıyırıq. Yalnız Ştutqart təmsilçisi haqda məlumatımız azdı. Ancaq düşünmürük ki, Almaniyanın ikinci komandası Kazan və Bakı təmsilçiləri ilə rəqabət apara biləcək. Azərbaycanın hər iki komandası eyni gücdədi. Bununla belə, uğurun sirri bizim oyunumuzdan asılıdı”.

 

Rusiya çempionları noyabrın ortalarına qədər Yekaterina Qamovanın xidmətindən istifadə edə bilməyəcəklər. Bununla bağlı da fikirlərini bölüşən Çernışov əvəzində Darya Stolyarovanın inamlı çıxışını qeyd edib: “Bizim üçün əsas öz oyunumuzu tapmaqdı. Komanda bu heyətlə cəmi bir neçə oyun keçirib. Qarşıdakı matçlarda qarşımıza qoyulan tapşırıq qələbə qazanmaq və keyfiyyətli oyun göstərməkdi. Hələ ki, Qamovanın xidmətindən istifadə edə bilmirik. Ancaq onun yoxluğunda toppaylayıcı Darya Stolyarova özünü yaxşı tərəfdən göstərir”.

 

Qeyd edək ki, “Dinamo” – “Lokomotiv” matçı sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Xəbər lenti