28 Oktyabr 19:58 “Azərreyl” - "Ştutqart": Kim necə oynadı?
TOP OYUNLARI xəbərləri 28 Oktyabr 19:58
658 baxış

“Azərreyl” - "Ştutqart": Kim necə oynadı?

Qadın voleybolçular arasında Çempionlar Liqasının I turu çərçivəsində keçirilən “Azərreyl” (Azərbaycan) – “Ştutqart” (Almaniya) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmanın qəhrəmanı Madison Kinqdon olub.

 

Bakı klubunun amerikalı legioneri almanları 12 dəfə cəzalandırmaqla, duelin bombardiri adına yiyələnib. Bülənt Karslıoğlunun digər yetirmələrindən Hali Ekermanla Cessika Cons (Susan) hərəyə 9, Odina Bayramova və Straşmira Filipova hərəyə 7, Nutsara Tomkomla Stefanye Enray hərəyə 3, Fatu Diuk və Kseniya Poznyak isə hərəyə 1 xal toplayıb.

 

“Ştutqart”ın heyətində isə Miçeli Tomazela daha məhsuldar olub. O, komandasına 10 xal qazandırıb.

Xəbər lenti