19 Sentyabr 13:52 “Azərreyl” yeni imza ilə “12-liy”ini açıqladı
TOP OYUNLARI xəbərləri 19 Sentyabr 13:52
6091 baxış

“Azərreyl” yeni imza ilə “12-liy”ini açıqladı

Azərbaycan millisinin daha bir voleybolçusunun yeni mövsüm üçün qərarı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın aparıcı oyunçusu Odina Bayramova “Azərreyl”də qalmağı üstün tutub.

 

25 yaşlı hücumçu “dəmiryolçular”la müqaviləsinin müddətini daha 1 il artırıb.

 

Bununla da, “Azərreyl”in “12-liyi” komplektləşib. Komandanın sükanını Bülənt Karslıoğuna etibar edən Bakı təmsilçisi 2015/2016 mövsümündə aşağıdakı heyətlə uğur qazanmağa çalışacaq:

 

Toppaylayıcılar: Nutsara Tomkom (Tailand), Natalia Valentin (Pierto-Riko)

Hücumçular: Hali Ekerman, Madison Kinqdon (hər ikisi ABŞ), Fatu Diuk (Seneqal), Odina Bayramova (Azərbaycan), Stefanye Enray (Pierto-Riko)

Blokçular: Kseniya Poznyak (Azərbaycan), Straşmira Filipova (Bolqarıstan), Cessika Cons (ABŞ)

Liberolar: Valeriya Məmmədova (Azərbaycan), Vanna Buakeva (Tailand)

Baş məşqçi: Bülənt Karslıoğu

 

Qeyd edək ki, Azərbaycan çempionatı ilə yanaşı, Çempionlar Liqasında oynayacaq “Azərreyl”in yeni voleybolçu transfer edib, komandada rəqabəti daha da gücləndirəcəyi istisna olunmur.

Xəbər lenti