28 Oktyabr 22:19 “Azəryol” Rumınyadan məğlubiyyətlə dönür - YENİLƏNİB
TOP OYUNLARI xəbərləri 28 Oktyabr 22:19
1474 baxış

“Azəryol” Rumınyadan məğlubiyyətlə dönür - YENİLƏNİB

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin ilk oyunları davam edir. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin startının ikinci günü Bakının “Azəryol” klubu da mübarizəyə qoşulub.

 

Yeni formalaşan komandamız ilk sınağına Rumıniyada çıxıb. Aleksandr Çervyakovun yetirmələri “Tarqovitse” ilə üz-üzə gəliblər. Cütün favoriti olan “Azəryol”un səfərdən qələbə ilə qayıdacağı gözlənilən olsa da, təəssüf ki, komandamız ümidləri doğrultmayıb.

 

İlk iki hissəni uduzan "Azəryol" üçüncü setdə rəqibinə ciddi müqavimət göstərərək, dönüş etməyə cəhd etsə də, rumınlar mümkün geridönüşə imkan verməyiblər.

 

 

CEV kuboku

1/16 final mərhələsi, ilk oyun

28 oktyabr

 

“Tarqovitse” (Rumıniya) - “Azəryol” (Azərbaycan) - 3:0 (25:19, 25:19, 30:28)

Hakimlər: Borislav Yordanov (Bolqarıstan), Teodora Kiriopoulou (Yunanıstan)

Tarqovitse, İdman Sarayı

 

Xəbər lenti