11 Noyabr 09:31 “Azəryol” üçün lider - FOTO
TOP OYUNLARI xəbərləri 11 Noyabr 09:31
379 baxış

“Azəryol” üçün lider - FOTO

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən “Azəryol” (Azərbaycan) – “Tarqovitse” (Rumıniya) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 3:0 hesabı ilə qələbə qazandığı, ardınca “Qızıl set”də qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Yekaterina Jidkova olub.

 

Millimizin hücumçusu rumınlardan 21 xal almaqla, oyunun bombardiri adına da yiyələnib. Aleksandr Çervyakovun digər yetirmələrinə gəlincə, Malika Kanzonq 18, Stefani Niemer 16, Aynur Kərimova 8, Janell Saykes 2, Marin Apitzlə Ceyran Əliyeva hərəyə 1 xal toplayıb.

 

“Tarqovitse”nin heyətində isə Aleksandra Sobo daha məhsuldar olub. O, 17 dəqiq zərbə vurub. 

Xəbər lenti