18 İyun 22:12 Bakı-2015: “Azərbaycanlı güləşçiyə qarşı xüsusi köklənmişdim” – rusiyalı güləşçi
TOP OYUNLARI xəbərləri 18 İyun 22:12
1267 baxış

Bakı-2015: “Azərbaycanlı güləşçiyə qarşı xüsusi köklənmişdim” – rusiyalı güləşçi

Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləş üzrə 86 kq çəki dərəcəsində qızıl medal qazanmış rusiyalı güləşçi Abdulrəşid Sadullayev rusiya mətbuatına açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, qələbənin bu qədər asanlıqla əldə olunacağını düşünmədiyini deyən Sadullayev xalçaya sona qədər döyüşmək üçün çıxdığını bildirib:

 

“Əslində, özümün heç bir xüsusi cəhətimin olduğunu düşünmürəm. Rəqiblərimi nədəsə üstələmirəm, sadəcə olaraq çıxıram və sona qədər mübarizə aparıram”.

 

Rusiyalı çempion qalibiyyətə gedən yolda qarşılaşdığı azərbaycanlı güləşçi haqqında da danışıb:

 

“Yarışların püşkü atıldıqdan sonra ən çox azərbaycanlı güləşçi Nurməhəmməd Hacıbəyovla qarşılaşmaya köklənmişdim. Onunla ikinci turda qarşılaşdıq. Çox çətin mübarizə oldu. Deməliyəm ki, final görüşü də daxil olmaqla turnirdəki ən çətin qarşılaşmam məhz Nurməhmmədə qarşı oldu. Təxminən 5 dəqiqə müqavimt göstərdi mənə, ancaq sonda ona da qalib gəldim”.

 

Xəbər lenti