9 Noyabr 10:31 Bakı klubunun taleyi bolqarıstanlıya tapşırıldı
TOP OYUNLARI xəbərləri 9 Noyabr 10:31
576 baxış

Bakı klubunun taleyi bolqarıstanlıya tapşırıldı

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası noyabrın 10-da Bakıda keçiriləcək “Azəryol” (Azərbaycan) – “Tarqovitse” (Rumıniya) duelini bolqarıstanlı Lyubomir Sirakova həvalə edib.

 

“Azərreyl” İdman Bazasında, saat 18:00-da başlayacaq qarşılaşmada ikinci hakim funksiyasını isə Kirill Nesterenko (Rusiya) yerinə yetirəcək.

 

Qeyd edək ki, Tarqovitsedə baş tutan ilk qarşılaşmada rumınlar 3:0 hesabı ilə qalib gəliblər.

Xəbər lenti