21 Oktyabr 14:07 Bakı “Lokomotiv”i: Başdan ayağa legionerlər
TOP OYUNLARI xəbərləri 21 Oktyabr 14:07
843 baxış

Bakı “Lokomotiv”i: Başdan ayağa legionerlər

“Lokomotiv” yeni mövsüm üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı klubu Çempionlar Liqasında iştirak üçün 12 voleybolçu sifariş edib.

 

Bu oyunçular 9 ölkəni təmsil edir. Komandanın heyətində 4 yerli voleybolçu yer alıb ki, onlardan da yalnız Ayşən Abduləzimovanın daima meydanda olacağını proqnozlaşdırmaq mümkündü. “Dəmiryolçular” “Telekom”dan icarəyə götürdüyü Yana Əzimovaya hələ nömrə də verməyiblər. Klubun bu səhvi bu günlərdə aradan qaldıracağını gözləmək olar.

 

“Lokomotiv”i yeni mövsümdə italiyalı Fransua Salvaqni idarə edəcək. Komandada 11-ci ölkənin nümayəndəsi isə onun ispaniyalı köməkçisi Sezar Ernandesdi.

 

Toppaylayıcılar: 5. Özge Kırdar Çemberci (Türkiyə), Yana Əzimova (Azərbaycan)

 

Hücumçular: 1. Hana Çutura (Xorvatiya), 3. Kanani Danielson (ABŞ), 4. Aneta Havlikova (Çexiya), 9. Aleksandra Srnçeviç (Serbiya), 8. Ülkər Kərimova (Azərbaycan)

 

Blokçular: 6. Ayşən Abduləzimova (Azərbaycan), 12. Yaroslava Pencova (Slovakiya), 18. Berit Kauffeldt (Almaniya)

 

Liberolar: 15. Brenda Kastillo (Dominikan Respublikası) 16. Oksana Kiselyova (Azərbaycan)

 

Baş məşqçi: Fransua Salvaqni

Baş məşqçinin köməkçisi: Sezar Ernandes

 

Qeyd edək ki, “Lokomotiv” Çempionlar Liqasında “Azərreyl” (Azərbaycan), “Ştutqart” (Almaniya) və “Dinamo” (Kazan, Rusiya) ilə birgə A qrupunda mübarizə aparacaq. 

Xəbər lenti