11 Noyabr 10:02 “Bizi heç nə dayandıra bilməzdi” - Marin Apitz
TOP OYUNLARI xəbərləri 11 Noyabr 10:02
2202 baxış

“Bizi heç nə dayandıra bilməzdi” - Marin Apitz

“Bilirdik ki, növbəti mərhələyə yüksəlmək üçün cavab oyununda mütləq qalib gəlməliyik. Bunun ardından isə “Qızıl set”də də rəqibi üstələməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Marin Apitz deyib.

 

Bakı təmsilçisi CEV kubokunun 1/16 final mərhələsində səfərdə “Tarqovitse”yə 3:0 hesabı ilə uduzduqdan sonra Bakıda eyni hesabla qələbə qazanıb. Ardından “Qızıl set”də də Rumıniya təmsilçisindən üstün olan “Azəryol” 1/8 finala vəsiqə qazanıb.

 

Komandasının kapitanı olan Apitz bildirib ki, layiq olduqları qələbəni qazanıblar: “Bu vəzifənin öhdəsindən gəlmək çox çətin idi. Lakin biz üzərimizə düşən məsuliyyəti dərk edib, bunu həyata keçirdik. İlk setdə hesabda geridə olsaq da, oyunda dönüş yaradıb qalib gələ bildik. Komandamız sonadək oyuna köklənmişdi. Bütün voleybolçularımız, o cümlədən bizə yeni qoşulanlar da bacarığını tam ortaya qoya bildi. Birinci hissədəki geri dönüşdən sonra yaxşı oyun nümayiş etdirməyə davam etdik və artıq bizi heç nə dayandıra bilməzdi. Bu səbəbdən də layiq olduğumuz qələbəni qazandıq”.

 

 

Xəbər lenti