6 Oktyabr 09:48 Çətin qazanıb, asan uduzdular
TOP OYUNLARI xəbərləri 6 Oktyabr 09:48
826 baxış

Çətin qazanıb, asan uduzdular

İtaliyada təlim-məşq toplanışında olan “Lokomotiv” ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə Çempionlar Liqasında oynayacaq Bakı təmsilçisi “Bisonte” klubu ilə qarşılaşıb.

 

Matç “dəmiryolçular” üçün heç də uğurlu alınmayıb. Komandanın yeni baş məşqçisi Fransua Salvaqninin rəhbərliyi altında meydana çıxan “Lokomotiv” qələbə qazana bilməyib. 2:2 hesabı ilə bitən qarşılaşmanın I və III setində çətinliklə qalib gələn təmsilçimiz digər hissələrdə asan təslim olub. “

 

“Bisonte” – “Lokomotiv” - 2:2 (22:25, 25:15, 23:25, 25:13)

Hana Çutura 9 xal, Kanani Danielson 8, Aneta Havlikova 15, Özge Kırdar Çemberci 3, Ayşən Abduləzimova 5, Ülkər Kərimova 1, Aleksandra Srnçeviç 9, Yaroslava Pencova 10.

 

Qeyd edək ki, “Lokomotiv” qarşıdakı günlərdə bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır.

 

Xəbər lenti