17 Oktyabr 13:40 CEV-ə yeni prezident seçildi
TOP OYUNLARI xəbərləri 17 Oktyabr 13:40
495 baxış

CEV-ə yeni prezident seçildi

Avropa Voleybol Konfederasiyasına (CEV) yeni prezident seçilib. Apasport.az saytının məlumatına görə, bu, CEV-in Bolqarıstan paytaxtı Sofiyada baş tutan 36-cı baş assambleyasında reallaşıb.

 

Növbəti 4 ildə Avropa voleybolunun “sükanı” arxasında serbiyalı Aleksandr Boriçiç olacaq. O, 2001-ci ildən bu postda olan Andre Meyeri əvəzləyib. Səsvermə zamanı Boriçiç məhz Meyer üzərində qələbə qazanıb.

 

Qeyd edək ki, 1948-ci ildə anadan olan Aleksandr Boriçiç idmançı karyerası ərzində 103 dəfə Yuqoslaviya yığmasının formasını geyinib, Avropa çempionatında bürünc, Akdəniz və Balkan çempionatında isə qızıl medal qazanıb. O, idmançı karyerasını bitirdikdən sonra “Srvena Zvezda“ və Yuqoslaviyanın müxtəlif yığmalarında məşqçi və idarəçi olmaqla bir sıra nailiyyətlərə imza atıb. 1992-ci ildə Yuqoslaviya Voleybol Federasiyasının prezidenti seçilib. Boriçiç bu ölkə dağıldıqdan sonra Serbiya və Çernoqoriya Voleybol Federasiyasının rəhbəri təyin edilib. Bu respublikalar ayrıldıqdan sonra CEV-in İcraiyyə Komitəsi və idarə heyətində yer alıb. Hazırda Boriçiç eyni zamanda FİVB-in idarə heyətində yer alır və Serbiya Voleybol Federasiyasının prezidentidi.

Xəbər lenti