26 Oktyabr 15:09 CEV “Lokomotiv”ə “ilişdi”
TOP OYUNLARI xəbərləri 26 Oktyabr 15:09
781 baxış

CEV “Lokomotiv”ə “ilişdi”

“Yenidən püşkü xatırlayıb, ondan razı olub-olmadığımı açıqlamağın yeri yoxdu. Çünki artıq oyunlar ərəfəsindəyik və qrupumuzda 2 Bakı təmsilçisinə qarşı mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Gilyazutdinov deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının ilk turunda Bakı “Lokomotiv”i ilə oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, “dəmiryolçular”la yanaşı, Azərbaycanın digər klubu – “Azərreyl” və “Ştutqart”la qarşılaşmalarda inamlı oyuna ümid edirlər.

 

Rusiya Superliqasının hesabat turunda “Uraloçka”ya 3:0 hesabı ilə qalib gələn Gilyazutdinovun sözlərinə görə, əsas məqsədləri sonadək inamla irəliləməkdi: “Dördlər finalı” iddiamızı sürdürmək üçün əzmkar və oyuna tam köklənmiş vəziyyətdə mübarizə aparmalıyıq. Rəqiblərimizin də iddialı olduğunu bilirik. Amma məğlubedilməz klub yoxdu. Çempionlar Liqasında asan görüş olmur”.

 

Avropa Voleybol Konfederasiyasının rəsmi saytında bu açıqlamadan çox “Lokomotiv”in tanıtmasında maraqlı fakt diqqət çəkir. “Lokomotiv”in “Dünya millilərinin yığması” kimi qələmə verilməsi komandanın 12 üzvündən yalnız 4-nün Azərbaycan vətəndaşlığı daşıması ilə bağlıdı. Digər 8 oyunçunun isə 8 müxtəlif ölkəni təmsil etdiyi qeyd olunub.

 

Qeyd edək ki, “Dinamo” – “Lokomotiv” matçı oktyabrın 28-nə təsadüf edəcək.  

Xəbər lenti