12 Noyabr 17:18 “Fənərbaxça”nın kapitanı Bakı klubu ilə oyundan danışdı
TOP OYUNLARI xəbərləri 12 Noyabr 17:18
996 baxış

“Fənərbaxça”nın kapitanı Bakı klubu ilə oyundan danışdı

“Çempionlar Liqasında asan rəqib olmadığını bir daha gördük. İlk 2 setdə öz oyunumuzu tapa bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın voleybolçusu Eda Erdem Dündar deyib.

 

İstanbul klubunun kapitanı Çempionlar Liqasında “Telekom”a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O bildirib ki, qələbələrində xarakter nümayiş etdirmələri rol oynayıb: “0:2 hesabı ilə geri düşməyimizə baxmayaraq, özümüzü itirməyib, yumruq kimi birləşdik. Xarakter nümayiş etdirib, taktiki cəhətdən düzgün oynadıq. Qalib gəldiyimiz üçün sevinirik. Xüsusilə də 2 set geridə olduğumuz görüşdə əzmkar qələbə sevindiricidi. Qrupdakı bütün oyunlarda qalib gəlmək istəyirik. Çünki pley-offa qrup qalibi kimi yüksəlmək istəyirik”.

 

Qeyd edək ki, Bakı klubu növbəti matçını da səfərdə keçirəcək. Rəqib Almaniya “Dresdner”i olacaq.

Xəbər lenti