3 Avqust 00:00 “İnter”in rəqibi Bakıya məğlub gəlir
TOP OYUNLARI xəbərləri 3 Avqust 00:00
795 baxış

“İnter”in rəqibi Bakıya məğlub gəlir

UEFA Avropa Liqası III təsnifat mərhələsində “İnter”in rəqibi olan İspaniyanın “Atletik” klubu cavab qarşılaşmasından öncə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, bilbaoluların rəqibi “Osasuna” olub.

 

Bakıdakı matçdan öncə oyunçularını çox da yormayan Bilbao klubu “Osasuna”ya səfərdə 0:2 hesabı ilə məğlub olub. Matçdakı hər iki qola Nino (35, 85-ci dəqiqələr) imza atıb.

 

Qeyd edək ki, “İnter”lə “Atletik” arasındakı Avropa Liqası III tur cavab qarşılaşması avqustun 6-da Bakıda “İnter Arena”da oynanılacaq. Görüş saat 21:00-da başlayacaq.

Xəbər lenti