10 Noyabr 00:50 Klublarımızın oyunlarını idarə edəcək hakimlər bəlli oldu
TOP OYUNLARI xəbərləri 10 Noyabr 00:50
4119 baxış

Klublarımızın oyunlarını idarə edəcək hakimlər bəlli oldu

Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasında iştirak edən klublarımızın növbəti oyunlarını idarə edəcək hakimlər bəlli olub. Apasport.az saytının məlumatına görə, 11 noyabrda Bakıda baş tutacaq A qrupunun “Lokomotiv” – “Azerreyl” qarşılaşmasına serb və belarus hakimlər təyinat alıb.

 

Belə ki, bu matçda ədaləti Mirko Yankoviç və Yuri Bakunoviç qoruyacaq.

 

Eyni gündə İstanbulda baç tutacaq “Fənərbaxça” – “Telekom” matçında isə avstriyalı Harald Sodc və serb Ancelko Popoviç əsas söz sahibi olacaq.

Xəbər lenti