12 Noyabr 11:46 “Komandamın “Fənərbaxça” ilə görüşündən razıyam” - Zoran Qayiç
TOP OYUNLARI xəbərləri 12 Noyabr 11:46
733 baxış

“Komandamın “Fənərbaxça” ilə görüşündən razıyam” - Zoran Qayiç

“Telekom”un baş məşqçisi Zoran Qayiç Çempionlar Liqasında “Fənərbaxça” ilə oyunlarını şərh edib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis 2:3 hesabı ilə uduzduqları matçda təcrübəsizliyi önə çəkib.

 

O bildirib ki, komandanın əsasını gənclər təşkil etdiyindən oyundan-oyuna artırırlar: “İstanbul təmsilçisinə qarşı layiqli müqavimət göstərdik. Bu səbəbdən də komandamın “Fənərbaxça” ilə görüşündən razıyam. Uduzmağımıza baxmayaraq, həqiqətən də yaxşı oynadıq”.

 

Qeyd edək ki, “Telekom” “Fənərbaxça” ilə matçda 2:0 hesabı ilə öndə olsa da, sonda təcrübəsizlik səbəbindən 2:3 hesabı ilə uduzub.

 

Xəbər lenti