28 Oktyabr 22:14 "Lokomotiv" Kazanda xala həsrət qaldı -  YENİLƏNİB
TOP OYUNLARI xəbərləri 28 Oktyabr 22:14
1542 baxış

"Lokomotiv" Kazanda xala həsrət qaldı - YENİLƏNİB

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının gümüş medalçısı “Lokomotiv” qrup mərhələsinin I turu çərçivəsində ilk sınağına bu gün çıxıb.

 

Komandamız Kazanda “Dinamo”nun qonağı olub. Matçda ilk seti ev sahibləri qazanıb. İkinci setdə "Lokomotiv" qalib gəlsə də, təmsilçimizin bundan artığına gücü çatmayıb. "Dinamo" əsas voleybolçuları Qamovun yoxluğuna baxmayaraq, qalib gəlməyi bacarıb.

 

 

Qrup mərhələsi

I tur

28 oktyabr

A qrupu

 

“Dinamo” (Kazan, Rusiya) – “Lokomotiv” (Azərbaycan) - 3:1 (25:21, 23:25, 25:22, 25:22)

Hakimlər: Kari Partiaynen (Finlandiya), Georgios Papageorgiou (Kipr)

Kazan, Sankt-Peterburq Sarayı