10 Noyabr 15:37 “Lokomotiv” "qara zolaq"dan çıxmaq arzusunda, “Telekom” üçün “Fənərbaxça” sınağı
TOP OYUNLARI xəbərləri 10 Noyabr 15:37
813 baxış

“Lokomotiv” "qara zolaq"dan çıxmaq arzusunda, “Telekom” üçün “Fənərbaxça” sınağı

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları meydana sabah çıxacaqlar.

 

Tur komandalarımız üçün əlamətdar olacaq. Çempionlar Liqasının A qrupunda yer alan 2 Bakı klubu - “Lokomotiv”lə “Azərreyl” bir-birini sınağa çəkəcək. Azərbaycan derbisində hər 2 komandanın qələbə qazanmaq şansı var. Lakin “Azərreyl”in avrokuboka uğurla start verməsi və Super Liqada da son görüşdə qələbə qazanması üstünlüyüdü. Çünki “Lokomotiv”də komanda oyununun və məşqçi işinin zəif olması Bülənt Karslıoğlunun yetirmələrinin xeyrinədi. “Azərreyl” qalib gələcəyi halda qrup liderliyini davam da etdirə bilər.

 

Lakin bu görüşə “Lokomotiv” dönüş anı kimi baxır. Mübarizə apardığı rəsmi yarışlarda hələ qələbə qazanmayan “dəmiryolçlar” “Azərreyl”i məğlub etməklə, uğursuz oyunlar seriyasını qırmaq arzusundadı.

 

Gənclərlə təcrübəlilərin vəhdətindən təşkil olunan “Telekom” da ikinci matçına noyabrın 11-də çıxacaq. Bakı təmsilçisi İstanbulda “Fənərbaxça”nın qonağı olacaq. Təbii ki, matç Zoran Qayiçin yetirmələri üçün heç də asan alınmayacaq. Lakin voleybolçularımızın Polşa “İmpel”i ilə müqayisədə türklərə qarşı daha yaxşı oynayacağı gözləniləndi. Onlar bunu “Lokomotiv” və “Tbilisi” üzərində qələbə ilə də sübuta yetiriblər.

 

 

 

Çempionlar Liqası

Qrup mərhələsi

II tur

11 oktyabr

A qrupu

18:00. “Lokomotiv” (Azərbaycan) – “Azərreyl” (Azərbaycan)

Hakimlər: Mirko Yankoviç (Serbiya), Yuri Bakunoviç (Belarus)

Bakı, “Azərreyl” İdman Bazası

 

1

Azərreyl

1

1

0

3-0

75-59

3

2

Dinamo

1

1

0

3-1

98-90

3

3

Lokomotiv

1

0

1

1-3

90-98

0

4

Ştutqart

1

0

1

0-3

59-75

0

 

 

E qrupu

21:00. “Fənərbaxça” (Türkiyə) – “Telekom” (Azərbaycan)

Hakimlər: Harald Sodya (Avstriya), Andyelko Popoviç (Serbiya)

İstanbul, Burhan Felek Voleybol Salonu

 

 

1

İmpel

1

1

0

3-0

76-53

3

2

Fənərbaxça

1

1

0

3-1

95-78

3

3

Dresdner

1

0

1

1-3

78-95

0

4

Telekom

1

0

1

0-3

53-76

0

 

Xəbər lenti