29 Oktyabr 09:37 “Lokomotiv”in ən yaxşısı müəyyənləşdi
TOP OYUNLARI xəbərləri 29 Oktyabr 09:37
631 baxış

“Lokomotiv”in ən yaxşısı müəyyənləşdi

Qadın voleybolçular arasında Çempionlar Liqasının I turunun “Dinamo” (Kazan, Rusiya) – “Lokomotiv” (Azərbaycan) matçının ən yaxşıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, CEV qarşılaşmanın statistik göstəricilərinə əsasən fərqlənənləri müəyyənləşdirib.

 

Şimallıların 3:1 (25:21, 23:25, 25:22, 25:22) hesabı ilə qalib gəldiyi görüşdə meydan sahiblərinin hücumçusu Darya İsayeva hamıdan çox – 25 xal toplayıb. Təmsilçilərimiz arasında ən yaxşısı Aneta Havliçkova olub. O, 15 xal toplayaraq komanda yoldaşı Aleksandra Çrnçeviçi 2 xal arxada qoyub.

 

Matçın 3-cü bombardiri olan Aneta hücumda 14 xal qazanıb. O, yalnız 22 uğurlu həmlə edən Daryadan geri qalıb.

Xəbər lenti