28 Oktyabr 15:20 Mariya Filipova: Çempion olmağı öyrənmək lazımdı - MÜSAHİBƏ
TOP OYUNLARI xəbərləri 28 Oktyabr 15:20
5376 baxış

Mariya Filipova: Çempion olmağı öyrənmək lazımdı - MÜSAHİBƏ

“Telekom”un voleybolçusu Mariya Filipovanın apasport.az saytına müsahibəsi

 

- Komandanız sabah Çempionlar Liqası tarixində ilk matçına çıxacaq. Polşanın “İmpel” klubu ilə oyuna nə dərəcədə hazırsız?

- Düşünürəm ki, birlikdə keçirdiyimiz qısa müddət ərzində çox yaxşı təlim-məşq toplanışı keçmişik. Komandamızın komanda şəklində formalaşması ən əsas amildi. Həm də hamımız qarşıdakı oyuna müsbət köklənmişik və düşərgəmizdə əla ab-hava var.

 

- Debüt edəcəyiniz avrokubokda hədəfiniz nə olacaq?

- Həmişə birgə mübarizə aparıb, baş məşqçinin tapşırıqlarını yerinə yetirmək haqda düşünürük. Bunu etdikdə nəticələr özü bizi tapacaq.

 

- Heyətində Katarjina Skovronska, Milena Radeçka, Karolina Kostaqrande kimi təcrübəli voleybolçular yer alan “İmpel” haqda nə deyə bilərsiz?

- Polşa təmsilçisi çox yaxşı komandadı. Bəli, “İmpel”in heyətində kifayət qədər təcrübəli voleybolçular var. Düşünürəm ki, hər şey öz oyunumuzdan asılı olacaq.

 

- Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiz? “Fənərbaxça” və “Dresdner”in də yer aldığı “dördlük”də kimi aşkar favorit saymaq olar?

- Fikrimcə, hazırda bütün komandaların şansları eynidi. Bu 4 klubun hamısı qalib də gələ bilər, məğlub da ola bilər. Sonadək komanda şəklində mübarizə aparacaq kollektiv mərhələ adlayacaq.

 

- Komandanız əsasən gənc və perspektivli oyunçulardan təşkil olunub. Zoran Qayiç kimi dünya səviyyəli baş məşqçi və sizin kimi təcrübəli voleybolçular komanda yoldaşlarınıza necə kömək edirsiz?

- Burada yaş amilinin heç bir əhəmiyyəti yoxdu. Biz komandayıq və bir-birimizə həm meydanda, həm də ondan kənarda kömək etməliyik.

 

- “Telekom”dan öncə Azərbaycanda “Lokomotiv”də çıxış etmisiz. 4 il formasını geyindiyiniz “dəmiryolçular”la yeni klubunuzu necə müqayisə edərdiz?

- “Telekom” gənc komandadı ki, ona hələ qələbə qazanmağı və çempion olmağı öyrənmək lazımdı. “Lokomotiv”də isə həmişə təcrübəli və yaxşı oyunçularımız olub. Həmin voleybolçularla birgə “Çelenc Cup”ı qazanıb, Çempionlar Liqasında ən yaxşılar arasında yer almışıq. Bu, uzun prosesdi və “Telekom” buna yeni başlayır. 

 

- Əksər ölkələrdə çempionatlar start götürsə də, Azərbaycan Super Liqası hələlik gecikir. Bu komandanın oyun praktikasına nə dərəcədə təsir edir? Avrokuboklar öncəsi çempionatın hələ də başlamaması oyununuza nə dərəcədə təsir edəcək?

- Digər komandalar haqda nəsə deyə bilmərəm. Amma bizim kluba gəldikdə əlbəttə ki, daha çox oyunda iştirak etməyimiz yaxşı olardı. Buna baxmayaraq, Bursada çox güclü beynəlxalq turnirdə qüvvəmizi sınamışıq, “Lokomotiv”lə yoxlama matçları keçirmişik.  Bu üzdən ilk oyun praktikasının çatacağını düşünürəm.

 

- Amma beynəlxalq turnir və yoxlama matçları rəsmi oyunların yerini vermir...

- Əlbəttə, çempionat start götürmüş olsaydı, daha yaxşı olardı.

 

- “Lokomotiv”lə Super Liqanın gümüş və bürünc medallarını qazansaz da, çempionluq yaşamamısız. Bu çatışmazlığı “Telekom”la aradan qaldıracağınıza inanırsızmı?

- İnşallah. Bunun üçün mübarizə aparacağıq.

 

- Azərbaycan çempionatındakı rəqiblərinizi yaxşı tanıyırsız. “Lokomotiv”lə yoxlama matçında qarşılaşmısız, “Azərreyl”lə “Azəryol”a da bələdsiz. Super Liqadakı mübarizəni necə görürsüz? Favoritiniz kimdi və medallar uğrunda əsas rəqibiniz kim olacaq?

- Hamısı yaxşı komandalardı. Onların hər biri qalib gəlmək istəyir. Allah qoysa, biz hamısını qabaqlayırıq.   

Xəbər lenti