1 Avqust 13:49 Monteneqrodan Bakı klubuna gəldi - FOTO
TOP OYUNLARI xəbərləri 1 Avqust 13:49
1922 baxış

Monteneqrodan Bakı klubuna gəldi - FOTO

“Telekom” daha bir voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə Çempionlar Liqasında oynayacaq Bakı təmsilçisi Monteneqro millisinin hücumçusu Kseniya İvanoviçlə müqavilə imzalayıb.

 

Razılaşmaya əsasən 29 yaşlı oyunçu 2015/2016 mövsümündə “Telekom”un uğurları üçün çalışacaq. 183 sm boya malik İvanoviç Fransanın “Hano” klubundan transfer olunub.

 

O, “Telekom”a gəlincə, “Podqoriça” (2002-2005, Monteneqro), “Zrenyanin 023” (2006-2008), “Klek” (2008-2010, hər ikisi Serbiya), “Şarlerua” (2010-2011, Belçika) və “Visbaden” (2011-2014, Almaniya) komandalarının şərəfini qoruyub. 3 dəfə ölkəsinin çempionu (2003, 2004, 2005) olan Kseniya 1 dəfə Almaniya kubokunun (2011) finalında oynayıb.

 

Millisinin heyətində 24 qarşılaşmaya çıxan hücumçu komandanın əsas siması hesab edilir. O, adətən 12 nömrəli formanı seçir.

 

Qeyd edək ki, İvanoviçin transferi ilə “Telekom”dakı oyunçuların sayı 13-ə çatıb. Ondan öncə Xiselye Əzimli, Vilma Alışanova, Kristina Yaqubova, Marqarita Əzizova, Yelizaveta Səmədova, Olena Həsənova, Yoana Mahmudova, Ana Priyeva, Yana Əzimova (hamısı Azərbaycan), Lusi Mulsteynova (Çexiya), Mariya Filipova və Xristina Rusevanın (hər ikisi Bolqarıstan) yeni mövsümdə burada oynayacağı dəqiqləşmişdi.  

Xəbər lenti