29 Avqust 10:25 Natalya Məmmədova haqqında yayılan şayiələrə münasibət bildirdi
TOP OYUNLARI xəbərləri 29 Avqust 10:25
9624 baxış

Natalya Məmmədova haqqında yayılan şayiələrə münasibət bildirdi

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova karyerası ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, ulduz oyunçu şərəfini qoruduğu “Volero”dan ayrılmadığını, müqaviləsinin sonuna kimi burada çıxış edəcəyini açıqlayıb.

 

O Rusiya mətbuatına bildirib ki, Sürix təmsilçisindən ayrılması və karyerasını bitirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu şayiələri kimin yaydığını bilmirəm. Zədəli çiynimi əməliyyat etdirdikdən sonra növbəti 3 mövsüm üçün 100 faiz hazıram. “Volero” bu müddət ərzində məni dəstəkləyib və mən bunu qiymətləndirirəm. Əlbəttə, mən İsveçrə klubundan heç yerə getməyəcəm və bu komanda ikinci ailəmdi. Onlar yüksək səviyyədə hazır olmadığım vaxtda mənimlə 4 illik müqavilə imzalayıblar. Sürix təmsilçisi mənə dəstək verir və mövsümə hazırlığım bərpası üçün köməklik göstərirlər”.

 

Qeyd edək ki, ötən il “Volero”ya keçən Məmmədova zədə səbəbindən oyunların çoxunu azarkeş kimi izləmişdi.