27 Oktyabr 14:45 Natalya Məmmədova kapitan oldu
TOP OYUNLARI xəbərləri 27 Oktyabr 14:45
1051 baxış

Natalya Məmmədova kapitan oldu

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovaya yeni vəzifə həvalə edilib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu bundan sonra çıxış etdiyi İsveçrə “Volero”sunda kapitan funksiyasını yerinə yetirəcək.

 

Ötən il 5 illik müqavilə bağladığı Sürix təmsilçisi onu bu vəzifəyə seçməsi təsadüfi deyil. Belə ki, hücumçumuzun zəngin təcrübəsi, həm də əvvəllərdə “Volero”da forma geyinməsi kapitan sarğısının ona həvalə olunmasında rol oynayıb. Bundan başqa, Natalya ötən illərdə də bu vəzifənin öhdəsindən layiqincə gəldiyini sübut edib. O, yığma ilə bu vəzifədə uğur qazanmasa da, “Rabitə” ilə bir sıra titullara imza atıb.

 

Qeyd edək ki, yeni mövsümdə İsveçrə çempionatı ilə yanaşı, Çempionlar Liqasında oynayacaq “Volero” ilk tur çərçivəsində Rusiya “Uraloçka”sı ilə mübarizə aparacaq. Qarşılaşma oktyabrın 29-na təsadüf edəcək.

 

 

Xəbər lenti