9 İyun 11:35 NBA: “Qolden Steyt Vorriors” çempion! - VİDEO
TOP OYUNLARI xəbərləri 9 İyun 11:35
159 baxış

NBA: “Qolden Steyt Vorriors” çempion! - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında final seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, final seriyasında dördüncü görüş keçirilib.

“Klivlend Kavalyers” “Qolden Steyt Vorriors”u qəbul edib. Başdan sona üstün oynayan qonaqlar seriyadakı dördüncü qələbəni də qazanaraq çempionluğu rəsmiləşdiriblər.

Görüş 108:85 hesabı ilə “Qolden Steyt Vorriors”un xeyrinə başa çatıb.

Bununla da GSV üst-üstə 2-ci, son 4 ildə isə 3-cü çempionluğunu bayram edib.

 

NBA

Final seriyası (4-cü oyun)

“Klivlend Kavalyers” – “Qolden Steyt Vorriors” – 85:108

 

“Klivlend”: Ceyms (23 xal, 8 assist, 7 ribaund), Lav (13 xal, 9 ribaund)

“Qolden Steyt”: Körri (37 xal, 6 ribaund, 4 assist), Dürant (20 xal, 12 ribaund, 10 assist)

Xəbər lenti