11 Noyabr 10:58 “Onlar möhtəşəm oynadılar” - Aleksandr Çervyakov
TOP OYUNLARI xəbərləri 11 Noyabr 10:58
800 baxış

“Onlar möhtəşəm oynadılar” - Aleksandr Çervyakov

“Komandam bu qarşılaşmada çox yaxşı oynadı. Növbəti mərhələyə yüksəlmək vəzifəsi asan olmasa da, onlar bunun öhdəsindən gəldilər”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov deyib.

 

Təcrübəli mütəxəssis komandasının CEV kubokunda mərhələ adlamasına münasibət bildirib. Onun sözlərinə görə, yetirmələri 1/16 finalda Rumıniyanın “Tarqovitse” klubunu inamlı oyun sayəsində mübarizədən kənarlaşdırıblar: “Məqsədimiz növbəti görüşlərdə də layiqli oynamaqdı. Rumınlarla matçda bütün voleybolçularımın yaxşı çıxış etməsinə baxmayaraq, onlardan ikisini fərqləndirmək istəyirəm. Malika Kanzonq və Yekaterina Jidkova sadəcə olaraq möhtəşəm oynadılar”.

 

Qeyd edək ki, səfərdə “Tarqovitse”yə 0:3 hesabı ilə uduzan “Azəryol” evdə eyni hesabla qələbə qazandığından qalib “Qızıl set”də müəyyənləşib. “Lotereya”da isə voleybolçularımız daha dəqiq olublar – 15:13. 

 

Xəbər lenti