14 Oktyabr 10:05 “Onlara yuxarıdan aşağı baxmayacağıq” - Bülənt Karslıoğlu
TOP OYUNLARI xəbərləri 14 Oktyabr 10:05
597 baxış

“Onlara yuxarıdan aşağı baxmayacağıq” - Bülənt Karslıoğlu

“Mənim üçün “Azərreyl”i çalışdırmaq ciddi çağırışdı. Bu komanda uğurlu tarixə malik böyük klubdu. Qarşıdakı mövsümə böyük ümidlərimiz var”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Bülənt Karslıoğlu deyib.

 

Yeni mövsümdən “dəmiryolçular”ın “sükanı arxası”nda olacaq türkiyəli mütəxəssis komandasının Çempionlar Liqası ilə bağlı hədəflərini açıqlayıb. O bildirib ki, “Azərreyl” adına layiq oyunla azarkeşlərinə sevinc bəxş edəcək: “Çempionlar Liqasında bizi çətin oyunlar gözləyir. Kazan “Dinamo”su haqda xüsusi danışmağa ehtiyac yoxdu. “Lokomotiv” də çox ciddi rəqibdi. Bu isə o deməkdi ki, onlarla görüşdə ən yaxşı oyunumuzu göstərməliyik. “Ştutqart” da sürpriz rəqib ola bilər. Bu üzdən hansısa komandaya yuxarıdan aşağı baxmayacağıq”.

 

“Azərreyl”in yeni kapitanı Odina Əliyeva da mövsümlə bağlı iddialı danışıb. Onun sözlərinə görə, istəklərini yerinə yetirmək üçün bütün güclərini ortaya qoyacaqlar: “Bu mənim üçün həyəcanlandırıcı andı. Qarşıdakı mövsümdə bizi çətin sınaqlar gözləyir. Çalışacağıq ki, bütün vəzifənin öhdəsindən gələk və hədəfimizə addım-addım yaxınlaşaq”.

Xəbər lenti