15 Oktyabr 08:41 Rəqibimiz mövsümə titulla başladı - FOTO
TOP OYUNLARI xəbərləri 15 Oktyabr 08:41
447 baxış

Rəqibimiz mövsümə titulla başladı - FOTO

Türkiyədə qadın voleybolçular arasında Çempionlar Kuboku keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın həlledici qarşılaşmasında iki İstanbul nəhəngi “Fənərbaxça” və “Vakıfbank” üz-üzə gəlib.

 

Ankarada baş tutan matçda “sarı bülbüllər” qələbə qazanıblar. Onlar rəqiblərini tay-brekdə məğlub ediblər – 3:2 (25:20, 19:25, 17:25, 25:14, 15:8).

 

Bununla da onlar mövsümə titulla start veriblər.

 

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasında “Telekom”la birgə E qrupunda yer alıb.

Xəbər lenti