7 Sentyabr 09:35 Rio üçün ilk 2 lisenziya
TOP OYUNLARI xəbərləri 7 Sentyabr 09:35
664 baxış

Rio üçün ilk 2 lisenziya

Qadın voleybolçular arasında Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Tokioda keçirilən yarışın qalibi Çin yığması olub.

 

Onlar son turda ev sahiblərini məğlub ediblər – 3:1 (25:17, 22:25, 25:21, 25:22). Asiyalılar bununla da 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Dünya Kubokunun gümüş medalları Serbiyaya qismət olub. Argentinaya 3:2 (25:16, 25:19, 20:25, 23:25, 15:4) hesabı ilə qalib gələn komanda gümüş medala yiyələnməklə yanaşı, Çinlə birgə Rio Olimpiadasına lisenziyaya da sahib olub. İlk “üçlüyü” isə ABŞ yığması qapayıb.

 

Xəbər lenti