29 Oktyabr 08:44 “Səfərdə “Dinamo”nun  qarşısını almaq çətin olur”
TOP OYUNLARI xəbərləri 29 Oktyabr 08:44
533 baxış

“Səfərdə “Dinamo”nun qarşısını almaq çətin olur”

“Dinamo” rəqibini güclü təzyiq altında saxlamağı bacaran komandadı. Kazan klubu bunu topu oyuna daxiletmə və blok sayəsində gerçəkləşdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “Lokomotiv” klubunun baş məşqçisi Fransua Salvaqini deyib.

 

Çempionlar Liqasının I turunun Kazan “Dinamo”su ilə oyunundakı 1:3 hesablı məğlubiyyətə şərh verən mütəxəssis rəqib voleybolçuların fərdi ustalığını xüsusi qeyd edib: “Səfər matçlarında “Dinamo”nun  qarşısını almaq çətin olur. Əgər çox yaxşı oynamasan, rusiyalıların blokunu yara bilməzsən. Onlar topu yaxşı ram edib, hücumlara başlayır. Hesab edirəm ki, Antonella Del Kore fərqli bir oyunçudu. O, həmişə yaxşı oynayır və bu dəfə də matçın sonunda qeyri-adi ustalıq nümayiş etdirdi. Biz 4-cü setdə rəqibə çata bilərdik. Lakin Antonella ustalığını ortaya qoyub, bizə mane oldu”.

 

Qeyd edək ki, “Dinamo” “Lokomotiv”i 3:1 (25:21, 23:25, 25:22, 25:22) hesabı ilə məğlub edib.

Xəbər lenti