12 İyun 12:24 Şəhriyar Məmmədyarov  “Grand Chess Tour”da
TOP OYUNLARI xəbərləri 12 İyun 12:24
260 baxış

Şəhriyar Məmmədyarov  “Grand Chess Tour”da

Bu gün Belçikanın Lyoven şəhərində “Grand Chess Tour” seriyasının ilk mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü zəka sahiblərinin qatılacaqları yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək.

 

Bu mərhələdə onun rəqibləri Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər üçü ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya), Aniş Qiri (Hollandiya) və Maksim Vaşye-Laqrav (Fransa) olacaq.

 

Yarış iyunun 16-da başa çatacaq. İştirakçılar mərhələnin ilk 3 günündə rapid, son 2 günündə blits oynayacaqlar.

 

“Grand Chess Tour” iyunun 20-24 Parisdə (Fransa) davam edəcək. Şahmatçılar avqustun 9-16-da və 16-29-da Sent-Luisdə (ABŞ) bir araya gələcəklər. Həlledici mərhələ isə dekabrda Londonda (İngiltərə) olacaq. Burda əvvəlki yarışların yekununa əsasən ən yaxşı nəticə göstərən 4 şahmatçı mübarizə aparacaq.

 

Qeyd edək ki, bir şahmatçı isə fərqli turnirlərdə xüsusi dəvətlə oynayacaq. Lyovendə bu şans Anşi Qiriyə (Hollandiya) verilibsə, Parisdə Vladimir Kramnikin (Rusiya) mübarizə aparacağı planlaşdırılır.