9 İyun 16:49 Slaven Biliç İngiltərə klubu ilə müqavilə bağladı
TOP OYUNLARI xəbərləri 9 İyun 16:49
626 baxış

Slaven Biliç İngiltərə klubu ilə müqavilə bağladı

“Beşiktaş”dan ayrılan Slaven Biliçin yeni komandasının adı rəsmən bəlli olub. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı məşqçi İngiltərənin “Vest Hem” klubu ilə müqavilə bağlayıb.

 

Razılaşmaya əsasən, Biliç 2018-ci ilin yayına qədər Premyer Liqa təmsilçisini çalışdıracaq. Məlumatı “Vest Hem”in rəsmi saytı da təsdiqləyib.

 

“Vest Hem” Biliç üçün yad klub deyil. Belə ki, 46 yaşlı çalışdırıcı 1996-1997 mövsümündə futbolçu kimi “sağsağanlar”ın şərəfini qoruyub.

 

Qeyd edək ki, məşqçilik karyerasına 2001-ci ildə “Hayduk”da başlayan Biliç “Beşiktaş”dan öncə “Lokomotiv” (Rusiya) klubunu, həmçinin Xorvatiyanın əsas və U-21 yığmalarını çalışdırıb.

 

Xəbər lenti