11 Noyabr 23:08 "Telekom" "Fənərbaxça"ya tay-brekdə uduzdu - YENİLƏNİB
TOP OYUNLARI xəbərləri 11 Noyabr 23:08
8384 baxış

"Telekom" "Fənərbaxça"ya tay-brekdə uduzdu - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında II tura start verilib. Apasport.az saytının məlumatına görə, Bakının “Telekom” klubu “Fənərbaxça”nın qonağı olub.

 

İstanbulda təşkil olunan matça aktiv başlayan təmsilçimiz ilk 2 setdə inamlı oyun nümayiş etdirərək, rəqibini məğlub edib. Komandamız hətta III hissəni də qazanmağa yaxın olub. Laki hesab 21:21 olduqdan sonra rəqib fəallaşıb. Nəticədə azarkeşlərinin də güclü dəstəyi ilə toparlanan "Fənərbaxça" matçda dönüş yaradıb. Ardıcıl iki setdə qalib gələn "sarı bülbüllər" qarşılaşmanın taleyini tay-brekə daşıya bilib. Burada da təcrübəsinin hesabına daha yaxşı və üstün oynayan türkiyəlilər qalib gəlib.

 

Buna baxmayaraq, "Telekom" çətin "Fənərbaxça" səfərində 1 xal qazanmağı bacarıb.

 

Çempionlar Liqası

Qrup mərhələsi

II tur

11 noyabr

E qrupu

 

“Fənərbaxça” (Türkiyə) – “Telekom” (Azərbaycan) - 2:3 (21:25, 22:25, 25:22, 25:11, 15:6)

Hakimlər: Harald Sodya (Avstriya), Andyelko Popoviç (Serbiya)

İstanbul, Burhan Felek Voleybol Salonu

 

1.

Fənərbaxça

2

2

0

6:3

5

2.

İmpel

1

1

0

3:0

3

3.

Telekom

2

0

2

2:6

1

4.

Dresdner

1

0

1

1:3

0

 

Qeyd edək ki, qrupumuzun digər matçında “İmpel” (Polşa) “Dresdner”i (Almaniya) sınağa çəkəcək. 

Xəbər lenti