9 Noyabr 10:15 “Telekom” qalib gəldi, “Tbilisi” Azərbaycandan ayrıldı
TOP OYUNLARI xəbərləri 9 Noyabr 10:15
1083 baxış

“Telekom” qalib gəldi, “Tbilisi” Azərbaycandan ayrıldı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha 1 matç baş tutub. Apasport.az saytının məlumatına görə, ilk dəfə ölkə çempionatına qatılan xarici komanda – Gürcüstan təmsilçisinin qarşılaşmalarını ardıcıl keçirməsi üzündən III turun da qarşılaşması təşkil olunub.

 

Qonşu ölkə təmsilçisi “Tbilisi” Çempionlar Liqasında ölkəmizi təmsil edən “Telekom”la üz-üzə gəlib. İlk 2 matçda məğlub olan gürcülər bu dəfə də eyni aqibətlə üzləşiblər. “Tbilisi” Azərbaycan klubuna yalnız III hissədə müqavimət göstərsə də, istəyinə nail ola bilməyib.

 

Ardıcıl 3-cü məğlubiyyətini alan qonaqlar bu görüşdən sonra vətənlərinə yollanıblar. Onlar II dövrənin startı ərəfəsində yenidən Bakıya gələrək, oynamadıqları matçlarını keçirəcəklər. 

 

 

III tur

8 noyabr

“Telekom” - “Tbilisi” – 3:0 (25:13; 25:5; 25:15)

“Gənclik” Olimpiya İdman Kompleksi

 

yer

komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

1

1

0

0

1

0

0

0

0

3-1

167-126

6

2

Gənclik

1

1

0

1

0

0

0

0

0

3-0

75-53

3

3

Azəryol

1

1

0

0

1

0

0

0

0

3-1

92-96

3

4

Azərreyl

2

1

1

1

0

0

0

1

0

4-3

171-125

3

5

Lokomotiv

1

0

1

0

0

0

0

1

0

1-3

93-92

0

6

Tbilisi

3

0

3

0

0

0

0

0

3

0-9

119-225

0

 

Xəbər lenti