8 Oktyabr 08:01 “Telekom” Türkiyədə 2-ci oldu, Ruseva hamıdan öndə
TOP OYUNLARI xəbərləri 8 Oktyabr 08:01
2111 baxış

“Telekom” Türkiyədə 2-ci oldu, Ruseva hamıdan öndə

Azərbaycan klubu “Telekom”un iştirakı ilə Türkiyədə keçirilən Çengiz Göllünün xatirəsinə həsr olunan turnirə yekun vurulub. Apasport.az satının məlumatına görə, Bakı klubu V turda yarışın lideri Rusiya “Proton”u ilə qarşılaşıb.

 

Təmsilçimiz bu görüşün taleyini tay-brekdə həll edib – 3:2. Millimizin oyunçusu Anastasiya Qurbanovanın da formasını geydiyi “Proton” bu məğlubiyyətə baxmayaraq, yarışın qalibi olub. Saratov klubuna 1-ci yeri təmin etmək üçün 2 setdə qalib gəlib, 1 xal qazanmaq kifayət edib.

 

Rəqibindən 1 xal geri qalan “Telekom” isə “Kann”ı set fərqində qabaqlayaraq 2-ci yeri tutub. Paytaxt klubunun üzvü Xristina Ruseva turnirin rəmzi yığmasında yer alıb. O, ən yaxşı blokçu seçilib.

 

V tur

“Proton” (Rusiya) – “Telekom” (Azərbaycan) – 2:3 (25:18, 19:25, 25:20, 17:25, 7:15)

 

Proton

5

3

2

12-7

10

Telekom

5

3

2

12-8

9

Kann

5

3

2

11-9

9

Atom

5

3

2

11-9

8

Bursa BB

5

2

3

8-12

6

Qalatasaray

5

1

4

4-13

3

 

Xəbər lenti