12 Noyabr 10:00 “Telekom”un voleybolçusu ən yaxşı seçildi - FOTO
TOP OYUNLARI xəbərləri 12 Noyabr 10:00
650 baxış

“Telekom”un voleybolçusu ən yaxşı seçildi - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Fənərbaxça” (Türkiyə) – “Telekom” (Azərbaycan) matçının ən yaxşısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, ev sahiblərinin 3:2 hesabı ilə qələbə qazandığı görüşün qəhrəmanı Yeon-Kounq Kim seçilib.

 

“Fənərbaxça” forması ilə 150-ci dəfə meydana çıxan koreyalı hücumçu 25 dəqiq zərbəyə sevinib.

 

“Telekom”un heyətində isə Xristina Ruseva komanda yoldaşlarını qabaqlayıb. Bolqarıstanlı blokçumuz İstanbul təmsilçisini 16 dəfə cəzalandırıb. Topu oyuna daxil etməkdə ən yaxşı seçilən Qabriela Koyeva (4 eys), həmçinin kapitan Ana Priyeva (Kleger) hərəyə 14, Kseniya İvanoviçlə Yelizaveta Səmədova hərəyə 11 və Lusi Mulsteynova 2 xal toplayıb.