12 Noyabr 12:24 “Telekom”un voleybolçusu məğlubiyyətin səbəbini açıqladı
TOP OYUNLARI xəbərləri 12 Noyabr 12:24
675 baxış

“Telekom”un voleybolçusu məğlubiyyətin səbəbini açıqladı

“Komandamızla fəxr edirəm. İlk 2 setdə qalib gəldik və 3:0 hesablı qələbəyə yaxın idik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Lusi Mulsteynova deyib.

 

Bakı klubunun toppaylayıcısı Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Fənərbaxça” ilə qarşılaşmanı şərh edib. O bildirib ki, 2:0 hesabı ilə öndə olduqları qarşılaşmanı 3:2 hesabı ilə uduzmalarında əsas səbəb təcrübəsizlik olub: “2 hissədə inamlı oynayıb, aktivimizə yazdıq. Amma III hissənin sonlarında bəzi səhvlərə yol verdik. “Fənərbaxça” doğma meydanda çox güclüdü. Qarşılaşmanı məğlubiyyətlə başa vurduq. Çünki bizə bu səviyyəli yarışlarda təcrübə çatmır”.

 

Qeyd edək ki, “Telekom” növbəti turda Almaniya “Dresdner”inin qonağı olacaq.