21 Sentyabr 09:20 “Tottenhem” qapıçı axtarası olmadı - FOTO
TOP OYUNLARI xəbərləri 21 Sentyabr 09:20
711 baxış

“Tottenhem” qapıçı axtarası olmadı - FOTO

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem”in qapıçısı Uqo Lloris komandasını dəyişmək fikrində deyil. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, adı müxtəlif klublarla birgə hallanan fransalı qolkiper London təmsilçisində qalacaq.

 

Bu barədə Llorisin özü məlumat verib. O bildirib ki, komandasını dəyişmək fikrindən uzaqdı: “Tottenhem”də xoşbəxtəm. Komandamın həm İngiltərə çempionatında, həm də Avrokubokda uğur qazanması üçün əlimdən gələni edirəm. Burda hər şey ürəyimcədi. Bir daha təkrar edirəm, “Tottenhem”dən getmək fikrim yoxdu”.

 

Qeyd edək ki, “Qarabağ”la Londonda keçirilmiş qarşılaşmada əsas heyətdə yer alan Lloris 2012-ci ildən “Tottenhem”in formasını geyinir.

 

Xəbər lenti