14 Dekabr 11:45 Türkiyə yığmasında yeni baş məşqçi
TOP OYUNLARI xəbərləri 14 Dekabr 11:45
838 baxış

Türkiyə yığmasında yeni baş məşqçi

Voleybol üzrə qadınlardan ibarət Türkiyə yığmasını Nedim Özbey çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, Avro-2011-in final mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan “ay-ulduzlular”ın yeni baş məşqçisinin adı ilin sonuna kimi açıqlanacaq.

Türkiyəli həmkarlarımız Mehmet Bedestenlioğlunun komandadan kənarlaşdırılmasından sonra boş qalan postu Özbeyin tutacağını qeyd ediblər. Kişilərdən ibarət “İstanbul Böyükşəhər Bələdiyyəsi” ilə Super Liqanın qalibi olan mütəxəssislə danışıqların yekunlaşdığı və bu səbəbdən də çalışdırıcının Çempionlar Liqasında “Fənərbaxça” – “Dinamo” (Rusiya) matçını izlədiyi bildirilir.

Qeyd edək ki, Özbey Türkiyənin kişilərdən ibarət milli komandasını çalışdırıb.

Xəbər lenti