14 Oktyabr 08:35 "Uğurlu nəticələr qazanmağa ümid edirik" - Zoran Qayiç
TOP OYUNLARI xəbərləri 14 Oktyabr 08:35
848 baxış

"Uğurlu nəticələr qazanmağa ümid edirik" - Zoran Qayiç

“Bu mövsümdə heyətimizdə çox sayda gənc oyunçu var. Onların perspektivi gələcək üçün keyfiyyətlidi. Buna baxmayaraq, komandanın gücləndirilməsi üçün təcrübəli xarici voleybolçular da bizə qoşulub”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Təcrübəli mütəxəssis yeni mövsümlə bağlı fikirlərini açıqlayıb. Qayiç bildirib ki, Çempionlar Liqasında əsas hədəfləri ən yaxşı oyunlarını göstərmək və gələcək üçün daha güclü yaratmaqdı: “Hazırlıqlara hələ avqustun 5-də Bakıda başlamışdıq. Yaxşı təlim-məşq toplanışı və komanda sayəsində uğurlu nəticələr qazanmağa ümid edirik. “Telekom” artıq bir beynəlxalq turnirdə qüvvəsini sınayıb. Türkiyənin Bursa şəhərində təşkil olunan yarış 2015/2016 mövsümündə ilk sınağımız oldu. Burada xeyli yaxşı komandalar güclərini və durumunu yoxladılar. Turnirdə ikinci yeri tutduq. Burada iştirakımız çatışmayan cəhətlərimizi üzə çıxardı. Biz də dərhal həmin boşluqları aradan qaldırmaq üçün işə başladıq”.

 

Qeyd edək ki, “Telekom” Çempionlar Liqasında “Dresdner” (Almaniya), “Fənərbaxça” (Türkiyə) və “İmpel”lə (Polşa) birgə E qrupunda yer alıb.

Xəbər lenti