19 Avqust 14:12 “Uraloçka” Bakıya gəlir
TOP OYUNLARI xəbərləri 19 Avqust 14:12
397 baxış

“Uraloçka” Bakıya gəlir

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin növbəti rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, hazırda Sloveniyada təlim-məşq toplanışında olan yığmamız Bakıya qayıtdıqdan sonra yoxlama matçlarında qüvvəsini sınayacaq.

 

Faiq Qarayevin yetirmələrinin Belçika və Hollandiyadakı final mərhələsinə daha yaxşı hazırlaşması üçün millimiz Rusiyanın “Uraloçka” klubu ilə yoxlama oyunlarına çıxacaq.

 

Şimallılar avqustun 29-da paytaxtımıza gələcək. Komandalar arasında oyunların tarixi isə yığmamız vətənə qayıtdıqdan sonra dəqqiəşməlidi.