25 Avqust 11:54 Valentinin günü
TOP OYUNLARI xəbərləri 25 Avqust 11:54
4968 baxış

Valentinin günü

“Azərreyl” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Puerto-Riko millisinin toppaylayıcısı Natalia Valentini heyətinə qatıb.

 

26 yaşlı voleybolçu ilə müqavilə bu gün imzalanıb. Valentin bunadək vətənində “Ponse” klubunda forma geyinib.

 

174 sm boya malik Natalia dünyanın ən perspektivli setterlərindən biri hesab olunur. “Azərreyl”də bu mövqedə Nutsara Tomkom kimi güclü oyunçu çıxış edir. Eyni ampluada mübarizə aparan puerto-rikolu həm ulduz voleybolçuya əvəzləyici, həm də rəqabəti artıra biləcək oyunçu məqsədilə transfer olunub.

 

“Azərreyl”lə yanaşı, bir sıra digər klubların da xidmətində maraqlı olduğu Natalia karyerasını ölkəmizdə davam etdirməyə üstünlük verib. Legionerin seçiminə Bakı klubunun zəngin tarixə malik olması, həmçinin qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış etməsi də təsir edib.

 

Qeyd edək ki, baş məşqçi postuna Bülənt Karslıoğlunu gətirən “Azərreyl” bunadək Stefanye Enray (Pierto-Riko), Nutsara Tomkom, Vanna Buakeva (Tailand), Cessika Cons, Madison Kinqdon, Hali Ekerman (ABŞ) və Fatu Diukla (Seneqal) müqavilə bağlayıb. Həmçinin, ötən il 2 illik müqavilə bağlanılan bolqarıstanlı Straşmira Filipova da komandada qalacaq.

 

Xəbər lenti