14 Oktyabr 11:00 Yenidən Azərbaycana qayıtdı!
TOP OYUNLARI xəbərləri 14 Oktyabr 11:00
7845 baxış

Yenidən Azərbaycana qayıtdı!

“Lokomotiv” yeni mövsüm üçün heyətini komplektləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” daha bir  voleybolçunu transfer etməklə “12-liyi” tamamlayıblar.

 

Belə ki, Bakı təmsilçisi ulduz libero Brenda Kastillo ilə danışıqları müsbət yekunlaşdırıb. “Rabitə” klubundakı (2012-2015) çıxışları ilə tanınan Dominikan Respublikası yığmasının oyunçusu ilə 1 illik müqavilə imzalanıb. Kastillo bir neçə klubun diqqət mərkəzində olsa da, “Lokomotiv”in Çempionlar Liqasında çıxış etməsi qərarında rol oynayıb.  

 

Super Liqanın gümüş medalçısı Kastilloya qədər Bakı klubu onlara kimi Özge Kırdar Çemberci (Türkiyə), Kanani Danielson (ABŞ), Hana Çutura (Xorvatiya), Yana Əzimova (Azərbaycan), Berit Kauffeldt (Almaniya) və Yaroslava Pencova (Slovakiya) ilə anlaşıb, çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviçlə müqavilənin müddətini artırıb. Həmçinin, ötən il 2 illik anlaşma imzalanan Oksana Kiselyova, Ayşən Abduləzimova və Ülkər Kərimova (hər üçü Azərbaycan) da komandada çıxışını davam etdirəcək.

 

Qeyd edək ki, ölkəsinin yığması ilə Panamerka, NORCECA, Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi oyunlarının qalibi olan Brenda “Rabitə” ilə 3 dəfə Azərbaycan Super Liqasının qızıl medalını qazanıb, Çempionlar Liqasında ikinci və üçüncü yeri tutub. O, həmçinin, bu yarışlarda ən yaxşı libero seçilib.

 

Xəbər lenti