10 Sentyabr 10:26 Yığmamız İtaliyaya uduzdu, Rəhimova bombardir oldu  - FOTOSESSİYA
TOP OYUNLARI xəbərləri 10 Sentyabr 10:26
5815 baxış

Yığmamız İtaliyaya uduzdu, Rəhimova bombardir oldu - FOTOSESSİYA

Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliya ilə yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Florensiyada açıq havada baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb.

 

Millimizin tam heyətlə meydana çıxmadığı görüşdə İtaliya 3:0 (25:15, 25:18, 25:17) hesabı ilə qalib gəlib.

 

3 minə yaxın tamaşaçının izlədiyi matçın bombardiri isə 13 xal toplayan komandamızın lideri Polina Rəhimova olub. Odina Bayramova 9, Aynur Kərimova 6, Kseniya Poznyakla Yekaterina Jidkova hərəyə 4 və Oksana Parxomenko 3 xal yığıb.

 

Qeyd edək ki, komandalar arasında bu gün daha bir sınaq matçı keçiriləcək.  

Xəbər lenti