28 May 13:31 Yığmamız oyunlarını Bolqarıstanda keçirəcək
TOP OYUNLARI xəbərləri 28 May 13:31
627 baxış

Yığmamız oyunlarını Bolqarıstanda keçirəcək

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsində oyunlarını keçirəcəyi ölkə dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamızın yer aldığı A qrupunun matçları Bolqarıstanda təşkil olunacaq.

 

Yığmamız Qabrovoda iyunun 13-də Farer adaları ilə, bir gün sonra ev sahibləri ilə üz-üzə gələcək. Hər 2 matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, yalnız qrup qalibi növbəti mərhələyə vəsiqə qazanacaq.

 

Xəbər lenti